O toyda iştirak edən hər kəsin cinayətdə əli varbackend

O toyda iştirak edən hər kəsin cinayətdə əli var

“Bu gün cəmiyyətdə boşanmaların, uşaqların törətdikləri cinayətlərin sayının sürətlə artması ciddi narahatlıq doğurur. Ailə institutunun güclənməsi üçün ciddi addımlar atmalıyıq”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu prosesə televiziya verilişləri də ciddi mənfi təsir göstərir:

“Ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb. Bu məsələlərdə cəmiyyətin də üzərinə ciddi məsuliyyət düşür. 16 yaşlı qızın toyunda iştirak edən hər kəs o cinayətin vəbalına da şərikdir.

Necə olur ki, bu qədər insanın biri bu qeyri-qanuni əmələ reaksiya vermir? Bunun üçün mühüm addımlar atılmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*