“O zaman 4-cü sinifdə idim”: Paşinyanın İcevanda gəzdiyi bu küçə 34 ildir təmir edilməyib – FOTOLARbackend

"O zaman 4-cü sinifdə idim": Paşinyanın İcevanda gəzdiyi bu küçə 34 ildir təmir edilməyib - FOTOLAR

Ermənistanın Baş naziri Nikol Paşinyan İcevan yollarında aparılan təmir işləri barədə danışıb və hətta öz uşaqlığını da xatırladıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

“İcevandakı 28 May küçəsi də təmir olunur. Bu yol sonuncu dəfə mən dördüncü sinifdə oxuyanda təmir edilmişdi” deyən hökumət başçısı Facebook səhifəsində yerləşdirilmiş bir fotoşəkili şərh edib.

Xatırladaq ki, Tavuş Ermənistan hökuməti başçısının doğma yeridir. 1 iyun 1975-ci ildə Qazaxdan 30 kilometr aralıda yerləşən, Azərbaycanın qədim yaşayış məskəni olan Karvansaray şəhərində (indki İcevan) anadan olub. Uşaqlığını Azərbaycanla bu sərhəd bölgəsində keçirib. İcevan 1 nömrəli orta məktəbini bitirib.

Babək Göyüş           

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*