“OBA” marketlər şəbəkələrinə daxil olan mağazalardan birində müştəri fərqli qiymətlə qarşılaşıb.
KONKRET.az xəbər verir ki, bu barədə müştəri sosial şəbəkədə paylaşım edib.
“Bu da fırıldağın yeni növüdür. Guya endirim ediblər, kassada başqa qiymət çıxır. Satıcıya, kassirə məlumat verdim. Hərəsi bir tərəfdən dedi dedilər ki, biz nə edək. Qiymət dəyişən qız da dedi ki, yaxşı etmişəm. Artıq bu neçənci dəfədir ki, bu mağazada piştaxtada olan qiymətlə kassa qiyməti eyni olmur” – şikayətçi qeyd edib.
Araz marketdə işçilərinə qul kimi baxır
Düzdü .Bizdə dəfələrlə şahidi olmuşuq .Qiymətlər kassaya çatanda dəyişir .Adamı aldadırlar oba marketdə .Həm də malları kefiyyətsizdi və bahadı!!
Al marketlər də oba marketin günündədi al marketlər də oba marketlər də ləğv etsələr yaxşıdı
Salam.oba marketde bonuslari geri qaytaranda nedense kompyuterleri islemir,ancaq kartdan cixanda nedense isliyir.deyirsende cekib yeyir saticilar adami.ona gorede bonus kartimi legv etdim.2man artiq alis veris etdim bonus karta vurmadilar.elede goyerirlerki adama.
Bizim OBA Marketdə də eyni nöqsan var. Vitrində bir qiymətdir, kassada başqa qiymət. Ümumiyyətlə isə OBA Marketin məhsullarıda keyfiyyətsizdir. Zay məhsullardır.