Obama Avropa Birliyini təhqir edib – İTTİHAMbackend

Obama Avropa Birliyini təhqir edib - İTTİHAM

ABŞ-ın keçmiş dövlət başçısı Barak Obama siyasi memuarlarının nəşr olunduğu “Vəd edilmiş torpaq” adlı kitabında Avropa İttifaqını alçaltmaqda və təhqir etməkdə günahlandırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Deyli Ekspress” qəzeti məlumat yayıb.

Obama kitabında 2008-ci ildə baş verən maliyyə böhranından sonra Yunanıstanın borclanması Avropanın on illərdir davam edən dərin inteqrasiya yolundakı həll olunmamış gərginliyini ifşa edib.

“Yunan siyasətçilərinin vəziyyətdən çıxış yolu olmaması ölkədəki vəziyyəti daha da ağırlaşdırdı. Çünki Avrozonaya üzv olmaq ölkəni pul siyasəti sahəsində elastikliyindən məhrum edib”, – Obama kitabında qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*