Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə NİYƏ GÖSTƏRİLMİR? – VİDEObackend

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə NİYƏ GÖSTƏRİLMİR? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzlərdə göstərilməyib.

Sosial şəbəkələrdə yayılan məlumata görə, ölkədə fəaliyyət göstərən “MilliÖn” və “E-manat” terminallarında ödəniş edən zaman 1% komissiya tutulub. Xüsusilə kredit ödənişlərində bu haqqın tutulduğu bildirilib.

KONKRET.az xəbər verir ki, vətəndaşları narahat edən əsas məqam isə tutulan komissiya məbləğinin qəbzlərdə əks olunmamasıdır.

“MilliÖn” şirkətindən bildirilib ki, ödəniş olunan zaman monitorda komissiya çıxılacağı ilə bağlı məlumat əks olunur. Komissiyanın qəbzdə əks olunmaması isə müvəqqətidir və tezliklə həyata keçiriləcək. “Proses yeni tətbiq olunduğu üçün bu bir az vaxt alır”, – deyə açıqlamada qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*