Ödənişli yoldan istifadə edənlər üçün yenilik – VİDEObackend

Ödənişli yoldan istifadə edənlər üçün yenilik – VİDEO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün “Sürətli keçid kartı”nın balansını artıq onlayn şəkildə də artırmaq mümkündür.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Onlayn balans artırmaq üçün:

1. www.odenisliyol.az rəsmi internet səhifəsinə daxil olun;

2. “Balans artırma” bölməsini seçin;

3. Qeydiyyat zamanı təqdim edilmiş hesab məlumatlarını daxil edərək sistemə giriş edin;

4. “Mənim səhifəm” bölməsindən “Etiket vəziyyəti” alt bölməsinə keçid edin;

5. “Balans artırma” bölməsini seçin və bank kartı məlumatlarını daxil edərək ödənişi tamamlayın.

Kartın balansını satış məntəqələrində də artırmaq olur.

Balans artırma və “Sürətli keçid kartı”nın satış əməliyyatını yalnız nağdsız şəkildə həyata keçirmək mümkündür.

“Sürətli keçid kartı”nı əldə etmək üçün vətəndaş şəxsiyyət vəsiqəsini və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini təqdim etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*