Odessada gəmi partladı: ölənlər varbackend

Odessada gəmi partladı: ölənlər var

Ukraynanın Odessa vilayətində dibdərinləşdirən gəmi minaya düşüb, üç nəfər həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Ukrayna Dəniz Limanları İdarəsi” məlumat yayıb.

Hadisə iyulun 23-də axşam saatlarında baş verib.

“Gəmi 11 nəfərlik heyətlə “Bıstroe” mənsəbində planlı dibdərinləşdirmə işləri aparmaq üçün orada idi. Partlayış nəticəsində üç nəfər həlak olub. Heyətin digər üzvləri hazırda xəstəxanadadır, onlara bütün lazımi tibbi yardım göstərilir”, – məlumatda bildirilib.

Hadisə yerində müvafiq xidmətlər işləyir. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Mənsəb vasitəsilə keçid müvəqqəti olaraq bağlanıb, gəmilər Sulin kanalı vasitəsilə yönləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*