Oğlu Çimnazın dəfnində iştirak etməyəcəkbackend

Oğlu Çimnazın dəfnində iştirak etməyəcək

Xəbər verdiyimiz kimi, aktrisa Çimnaz Sultanova uzun sürən xərçəng xəstəliyindən vəfat edib.

KONKRET.az bildirir ki, axşam.az-ın məlumatına görə, aktrisanın oğlu Almaniyada yaşayır. Aktrisa Sonaxanım Əliyeva övladının anasının dəfninə qatıla bilməmə səbəbini açıqlayıb:

“Oğlu Çimnazın öldüyünü sosial şəbəkədə görüb. Açıb oxuyub ki, anası vəfat edib. Onun dəfnə gəlməsi mümkün deyil. Çünki Almaniyadadır”.

Qeyd edək ki, Çimnaz bağırsaq xərçəngindən əziyyət çəkirmiş. Onun həkimlərin səhv əməliyyatı ucbatından vəfat etdiyi iddia olunub. Aktrisanın oğlu atası ilə birlikdə Almaniyada yaşayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*