“Oğlum şəhid olan günü onu yuxumda gördüm” – Şəhid anası – VİDEObackend

"Oğlum şəhid olan günü onu yuxumda gördüm" - Şəhid anası - VİDEO

Yevlaxın Cırdaxan kəndindən olan Qara Əliyev 44 günlü Vətən müharibəsinin qəhrəmanlarından biridir.

KONKRET.az xəbər verir ki,  o, paytaxt Bakıda xidmət etdiyi “N” saylı hərbi hissədən könüllü olaraq Füzuliyə yollanır. Gərgin döyüşlərdə iştirak edərək düşmənin bir neçə postunu, hərbi texnikasını məhv edir. Yaxınları ilə danışan zaman isə narahatlıq yaranmasın deyə arxa cəbhədə olduğunu deyir.

Anası Minayə Əliyeva oğlu şəhid olan günü onu yuxusunda görüb.

Bildirək ki, Qara Əliyev doğulub boya-başa çatdığı kəndin ilk şəhididir. Cəsur, vətənpərvər gəncimiz yaxınları ilə danışan zaman onları tezliklə qələbə xəbəri ilə sevindərəcəyənə söz verib. Dostlarına ondan nigaran qalmamalarını deyib.

Qara Əliyəv 44 günlük Vətən müharibsində göstərdiyi xidmətlərə görə “Vətən uğrunda” və “Füzulinin işağaldan azad edilməsinə görə” medalları ilə təltif edilib. (unikal.org)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*