OĞRULAR üçün: Çox bahalı “ağıllı” qıfılı 10 saniyəyə açdı – FOTOLARbackend

OĞRULAR üçün: Çox bahalı "ağıllı" qıfılı 10 saniyəyə açdı - FOTOLAR

Dəyəri 140 funt sterlinq (310 manat) olan müasir “ağıllı” kilidi açmaq üçün nə qədər səy sərf olunur? Bunun üçün Twitter istifadəçisinə on saniyə vaxt lazım olub. Cybergibbons ləqəbli istifadəçi təhlükəsizlik və haker analitiki kimi tanınır. O, son paylaşımında yeni Pineworld şirkətinin ağıllı qıfılının zəifliklərini araşdırıb.

“BBC məndən bir neçə ağıllı qurğunu öyrənməyimi istədi. Onlardan biri də Amazon-dan alınmış Pineworld kilidi idi. Əvvəldən deyim ki, qıfıl çox gözəl görünür. PİN kod, Wi-Fi əlaqə, RFİD və barmaq izi skaneri? Elektron hücumlar üçün görün nə qədər fürsət var”, – deyə Cybergibbons qıfılı nəzərdən keçirməyə başlayıb.

KONKRET.az bildirir ki, sadəcə məsələ ondadır ki, adi oğrular heç vaxt elektron qurğunu elektron qacetlər vasitəsilə açmağı düşünmürlər. Ona görə də haker qurğunun içinə, yəni mexanizmlərinə baxmağa başlayıb. Kilid öz qiymətinə layiqdir – hazırlandığı material maqnitdən istifadəni dərhal istisna edir. Dəstəyi isə yerində doyunca fırlatmaq olar – əgər qapı açılmayıbsa, dəstək valdan ayrılır. Ancaq haker qurğunun içində maraqlı məqamla rastlaşıb və bu məqam istehsalçının xeyrinə olmayıb.

“Bəs aşağıda yerləşən bu gümüş şey nədir? Ehtiyat mexaniki kilid ilişməni işə salır. Hərçənd, bu hissə kilidin içərisindədir. Bəs onda problem nədir?”, – deyə haker deşici dreli əlinə alaraq korpusun bir küncündən deşik açmağa başlayıb.

“İki saniyədə tökmə korpusun bir tərəfini deşə bilərəm. Mənim drelim səssiz çalışır və əlavə xüsusi vasitələr tələb etmir. Bundan sonra açılmış dəlikdən uzun bir məftili içəri soxub, yuxarı qaldırın. Qapı açıqdır”, – deyə haker işinə yekun vurub.

Ümumilikdə, peşəkar oğruya bu cür kilidi açmaq üçün on saniyə vaxt və bir az məlumat lazımdır ki, deşiyi harada açsın və mexanizmin hansı hissəni qaldırsın: bunları etmək heç də çətin deyil. Deyəsən, bahalı və “ağıllı” kiliddən gözlədiyiniz təhlükəsizlik səviyyəsi istədiyiniz səviyyədə deyil…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*