Oğlunun bıçaqladığı ata xəstəxanada dünyasını dəyişib.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, Yevlaxın Havarlı kəndində 1959-cu il təvəllüdlü kənd sakini Talıbov Hüsü Qara oğlu ailə münaqişəsi zəminində 36 yaşlı oğlu tərəfindən bıçaqlanıb.
Ötən gün baş verən hadisə nəticəsində 10-dan çox bıçaq yarası alan H. Talıbov xəstəxanaya yerləşdirilib. Reanimasiya şöbəsində müalicə alan xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.