Oğuzda 18 yaşlı gənc “BMW”ni aşırdı, özü və sərnişini xəsarət aldıbackend

Oğuzda 18 yaşlı gənc “BMW”ni aşırdı, özü və sərnişini xəsarət aldı

Bu gün rayonun Oğuz rayonunun Bayan kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki,  qəzanın bəzi təfərrüatları bəlli olub.

Hadisə şahidləri deyirlər ki, rayon sakini 18 yaşlı Kənan Ellazov idarə etdiyi “BMW” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Şahidlər bildirirlər ki. nəqliyyat vasitəsi sürətlə idarə olunduğundan sürücü idarətetməni itirib.

Nəticədə 18 yaşlı Kənan Ellazov və sərnişini, 37 yaşlı rayon sakini Qafqaz Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinə cəlb edilən Təcili Tibbi yardım briqadasının köməyi ilə yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Burada onlara ilkin tibbi yardım göstərilib. Daha sonra həkimlərin məsləhəti ilə hər iki şəxs müalicələrini davam etdirmək məqsədi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəza hadisəsi ilə bağlı rayon Polis Şöbəsində araşdırma aparılır (Bizim.Media)

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*