“Biz dözümlü xalqıq, bəs niyə 100 ildən çox dayanıqlı olmalıyıq? Hələ də soyqırımımızı inkar edənlər yaxın aylarda erməni torpaqlarının daha da böyük hissəsini fəth etdi. Dünya gücləri onlara bu hüququ verdi”.
KONKRET.az xəbər verir ki, bu sözləri erməni əsilli amerikalı sahibkar Aleksis Ohanyan X sosial şəbəkəsində yazıb.
O fikrini belə davam etdirib: “Türkiyə və Azərbaycanın bir məqsədi var – Ermənistanı işğal etmək”.
Natiq Səlim,
KONKRET.az