“Ermənistan müxalifəti hakimiyyət dəyişikliyinə can atacaq”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, deputat Seyran Ohanyan deyib.
“Müxalifət meydanı əməkdaşlığa açıqdır. Biz bu iqtidarın aradan qaldırılması üçün bütün müxalifət qüvvələrini birləşməyə çağırırıq. Mən hətta Qarabağın itirilməsindən danışmıram. Bu, Ermənistanın məhvini dayandırmaq üçün lazımdır. Müxalifətin addımları seçkilərə qədərki situasiyadan asılı olacaq. Seçkilər istənilən formalaşmış qüvvə və liderin Ermənistanın məhv edilməsi prosesini dayandıra biləcəyi platformadır. Seçkilər siyasi elitanı əvəz edən sivil yoldur”, – Ohanyan vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az