Ohikyan: “Bu, hakimiyyətin əxlaqsız davranışının davamıdır”backend

Ohikyan: "Bu, hakimiyyətin əxlaqsız davranışının davamıdır"

Polis patrulu bütün ermənilərin katolikosunun avtomobilini saxlayıb və axtarış aparıb.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə jurnalist Nairi Ohikyan özünün Facebook səhifəsində yazıb. “Ermənistan İctimai Televiziya Şirkəti son anda bütün ermənilərin katolikosunun yeni il arzusunu yayımlamaqdan imtina etdi. Bu, hakimiyyətin əxlaqsız davranışının davamıdır. İctimai televiziyada işlədiyim aylara görə utanıram. Bu biabırçı dövrü tərcümeyi-halımdan silməyə üstünlük verirəm.

Ötən gün Erməni Apostol Müqəddəs Kilsəsinə qarşı növbəti küfr baş verib. Mən məlumat aldım ki, polis patrulları Vehaparın avtomobilini saxlayıb, axtarış aparıblar”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*