Okan Buruk: “Fənərbaxça” ilə oyun bizim üçün rahat keçdi”backend

Okan Buruk: “Fənərbaxça” ilə oyun bizim üçün rahat keçdi”

“Çox xoşbəxtik. Buraya gələn “Qalatasaray” fanatlarına təşəkkür edirik. Derbilərdki qələbələr çox vacibdir. “Fənərbaxça” ilə səfər oyunundakı qalibiyyət bizim üçün əhəmiyyətlidir”. 

KONKRET.az xəbər verir ki, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Okan Buruk deyib. O, ötən gün Türkiyə Superliqasının 6-cı turunda “Fənərbaxça”ya səfərdə 3:1 hesabı ilə qalib gəldikləri matç haqqında danışıb.

Mütəxəssis rahat qələbə qazandıqlarını qeyd edib: “Startdan sonadək oyun bizim üçün çox rahat oldu. Top bizdə olanda irəliyə gedərək qol şansları yaradırdıq. Viktor Osimhen də şanslar yaradırdı. Oyunun sonda “Fənərbaxça”nın da qol imkanları oldu. Oyun stilimdən kənara çıxdım. Oyunu belə başa vurduq. Bir həftədə 3 oyun, 3 qələbə… “Fənərbaxça” səfərindən qələbə ilə ayrılmaq çox gözəldir. Ötənilki görüşdə heç kim xoşbəxt olmamışdı”.

O, özünə və komandasına güvəndiyini vurğulayıb: “Hər iki komandanı təbrik edirəm. Ümumilikdə hakim də oyunu yaxşı idarə etdi. Buradan çox yaxşı şəkildə ayrılacağıq. “Qalatasaray” həmişə qələbə qazanmaq üçün meydana çıxır. Bir mənfi nəticə olanda ilk növbədə baş məşqçi sorğu-sual olunur. Özümə və komandama güvənirəm. Bəzən zamana ehtiyacımız olur. “Rizespor”la matçda nələr edə biləcəyimizi göstərdik. Turnir cədvəlində xal fərqi yaratmaq üçün hələ çox tezdir. Sona qədər mübarizə aparmaq istəyirik. İndi avrokuboklardakı matçımıza hazırlaşacağıq. Futbolçulara istirahət verəcəyik”.\\Qol.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*