Oktyabr-noyabr aylarında Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir? – AÇIQLAMAbackend

Oktyabr-noyabr aylarında Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir? - AÇIQLAMA

Bir çox mütəxəssislər və Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, oktyabr və noyabr aylarında koronavirusun ikinci dalğası olacaq. Hətta oktyabr ayında Azərbaycanda karantin rejiminin yenidən sərtləşməsi ilə bağlı da fikirlər səsləndirənlər var. Ölkəmizdə həmin vaxt karantin rejimi yenidən sərtləşə bilərmi?

Bununla bağlı KONKRET.az-ın sualını cavablandıran deputat Fazil Mustafa karantin rejiminin yenidən sərtləşdiriləcəyini düşünmədiyini bildirib:

“Belə qərarları Operativ Qərargah verir. Bizim bunun barəsində hər hansı bir fikir səsləndirməyimiz çətindir. Gələn ay isə yenidən sərtləşəcəyini güman etmirəm, çünki bizdə yoluxma və ölüm halları o qədər də qorxulu deyi. Azərbaycan beynəlxalq təcrübəni nəzərə alaraq addımlar atır. Belə olan halda da sərtləşməyə ehtiyac qalmır. Təbii ki, bu da insanlarımızı arxayın salmamalıdır. Operativ Qərargah tərəfindən qoyulan qaydalara və verilən tövsiyələrə əməl edilməlidir”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*