Oleq Kuznetsov KONKRET.az-dan PUL istədibackend

Oleq Kuznetsov KONKRET.az-dan PUL istədi

Deyəsən, rusiyalı politoloq, qafqazşünas, hərbi ekspert Oleq Kuznetsovun gəlir mənbələri azalıb. Ya da Qərbin sanksiyaları artıq Rusiyada hiss olunmaqdadır.

KONKRET.az Rusiya-Ukrayna savaşı ilə bağlı adıçəkilən ekspertə sual ünvanladı ki, müharibədə qələbəyə yaxın tərəf kimdir?

“Rusiya”, – deyə ətraflı cavabdan boyun qaçıran Kuznetsovdan detalları soruşanda “деньги вперед” (pulu görüm) yazdı.

Xatırladım ki, əvvəllər Oleq Azərbaycan mediasında tirajlanmaq üçün nömrəsini bildiyi jurnalistlərə özü yazırdı. Bakıya tez-tez gəlir, telekanallara müsahibə verirdi. Bu ilin əvvəllərində sosial şəbəkə hesabında onun mövqeyi erməniləşməyə başladı. Halbuki, 2000-lərdən başlayaraq ermənilərin tarix falsifikasiyalarını tənqid edirdi. Məhz bu səbəbdən Azərbaycan KİV-ləri bir müddət ondan açıqlama almadı.

Sonda qeyd edək ki, oxunaqlı və savadlı ekspertlərin açıqlamalarına görə qonorar ayırmaq təcrübəsi var. Yəni onlar media ilə belə razılaşıb əməkdaşlıq edirlər. Sadəcə, Kuznetsovun öz rəyinə görə pul istəməyi başa düşülən deyil. Elə də oxunmursan, ay Oleq!

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*