“Rusiya sülhməramlılarının nəzarətində olan ərazidəki erməni qoşunları davamlı problemlər yaradır. Onların mövcudluğu vəziyyəti daim gərginləşdirir. Onlar həm də Azərbaycan ərazilərində təxribat tədbirləri həyata keçirmək üçün kadr yetişdirirlər. Bu isə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan üçtərəfli razılaşmaya tamamilə ziddir”.
KONKRET.az xəbər verir ki, bu fikirləri rusiyalı hərbi ekspert, siyasi məsləhətçi Oleq Kuznetsov söyləyib. Onun fikrincə, “Ermənistan Silahlı Qüvvələrinin bütün dəstələrinin Azərbaycandan çıxarılması vacibliyini İrəvandakılar dərk etməlidir.Yalnız bu zaman bölgədəki sülhün sabitliyi üçün təminat yarana bilər. Əks təqdirdə bu proses daha qorxulu şəkildə inkişaf edər və qısa müddətdə yeni insan itkilərinə səbəb ola bilər”.
KONKRET.az