“Olimpik” və “Titanik”in taleyini yaşayan “Britannik”gəmisi haqqında bilmədiklərimiz – Layner necə batıb?backend

“Olimpik” və “Titanik”in taleyini yaşayan “Britannik”gəmisi haqqında bilmədiklərimiz - Layner necə batıb?

Ötən əsrin əvvələrində “Titanik” gəmisinin Atlantik Okeanında qəzaya uğraması geniş əks-səda doğurmuşdu. Nəhəng layneri  Belfastdakı “Harland” və “Volff” tərsanələri  inşa etmişdi.  O, üç transatlantik laynerdən ibarət Olimpiya seriyasının ikinci gəmisi idi. İlk gəmi “Olimpik” adlanırdı. İkinci “Titanik”, üçüncü və sonuncu isə “Britannik” idi. “Britannik”in də taleyi faciəlidir. Həmin gəmi də batıb. Bu gəmi “Titanik”in daha kiçik  nüsxəsi idi. Təsəlli yalnız “Britannik”in  “Titanik”dən daha az insanı özü ilə aparmasındadır. 

-2

1911-ci ildə Şimali İrlandiyanın Belfast şəhərində inşa edilən “Britannik” əslində, böyük qardaşı “Titanik” kimi, dövrünün mühəndislik və dəniz memarlığının möhtəşəm nümunəsi idi. Göyərtəsinin uzunluğu 269 metr təşkil edirdi. Laynerdə sərnişinlər üçün hər cür şərait yaradılmışdı. Gəmi mühəndis səhvi və ya ekipaj səhlənkarlığı səbəbindən faciə ilə üzləşdi. Birinci Dünya Müharibəsinin başlanğıcında  gəminin tikintisi hələ tamamlanmamışdı. Hərbi əməliyyatların başlanması gəminin tikintisini ləngitdi. “Britannik” müvəqqəti olaraq hərbi nəqliyyat vasitəsinə çevrilməli idi. Beləliklə, nəhəng  gəmi iki il hərbi qospital kimi fəaliyyət göstərdi.

-3

“Britannik” Aralıq dənizi cəbhəsində yaralıların təxliyəsində əvəzsiz rol oynadı. 1916-cı il noyabrın 12-də gəmi Mudrosa altıncı və son səyahətinə çıxdı. “Britannik”in marşrutu Makronisos və Kea adalarından keçirdi. Noyabrın 21-də gəmi Almaniyanın “U-73” sualtı qayığının təxminən bir ay əvvəl yerləşdirdiyi minaya tuş gəldi. Patrtlayışdan sonra gəmidəki sərnişinlərin əksəriyyəti  xilas edildi. Əslində, sağ qalmış dənizçilərin  qeydlərindən başa düşmək olar ki, bütün faciədən yalnız  kapitanın  xəbəri olub. Dənizçilər və sərnişinlər zarafatlaşır və nəhəng gəminin belə asanlıqla batacağına inanmırdılar. Lakin dörd ön bölmə dərhal su altında qaldı. Xilas edilənlər arasında “White Star Line” sərnişin şirkətinin okean laynerlərinin stüardessası Violet Jessop da olub. Qadın batmış üç gəmidən birincisi “Olimpikdə” də  işləyib. Violet Jessop “Titanik”dən canını güclə qurtaranlardan biri idi.  Hər iki gəmidən salamat qurtaran bələdçi “Britannik”dən də sağ çıxıb.

-5

“Britannik” minaya toxunan zaman kapitanın ağlına gələn ilk fikr gəmini yaxınlıqdakı adaya qədər çatdırmaq olub. Lakin gəmi hərəkət etdikcə  daha tez batmağa başlayıb. Layner dərhal  SOS siqnalı göndərib. İngilis gəmiləri tezliklə “xəstəxana” gəmisinə yaxınlaşıblar. Bu zaman gəminin sərnişinləri təşvişə düşməyə başlamışdı.

-4

Təəssüf ki, bu səbəbdən evakuasiya zamanı təhlükəsizlik tədbirləri pozulub. Qayıqlar gəmi hərəkət edərkən suya salınıb və nəticədə qayıqlardan ikisi gəminin fırlanan pervanesinin altına düşüb. Nəticədə 21 nəfər həlak olub. Daha 9 nəfər isə gəmi batarkən xilas ola bilməyib. Partlayış baş verəndən sonra “Britannik” cəmi  55 dəqiqəyə batıb. Bu müddət ərzində gəmidən 1036 nəfər təxliyə edilib. Xilasetmə əməliyyatı belə böyük miqyaslı gəmi qəzaları arasında ən uğurlusu idi. Laynerin köməyinə bir neçə ingilis gəmisi çatmasaydı “Britannik”in faciəsi  “Titanik”dən böyük olacaqdı.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*