Xəbər verdiyimiz kimi, bu gün magistratura imtahanının nəticələri açıqlanıb.
KONKRET.az xəbər verir ki, nəticələrə əsasən Fidan Bababyeva 93 bal toplayaraq (essesiz) ölkə birincisi olub.
Qeyd edək ki, Fidan Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsidir. Həmçinin, o, son imtahan sessiyasında ortalama 100 üzərindən 99 bal toplayıb.//“Qafqazinfo”