Ölkə üzrə ən çox koronavirusa yoluxma harada qeydə alınıb? – RƏSMİbackend

Ölkə üzrə ən çox koronavirusa yoluxma harada qeydə alınıb? - RƏSMİ

Ümumi olaraq Respublika ərazisində virusa yoluxma və pozitiv nəticələrin sayına görə Bakı şəhərinin Xətai, Binəqədi rayonları və Abşeron ilk pillələrdədir.

KONKRET.az xəbər verir ki, bu barədə TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, ölkədə aparılan mübarizə tədbirləri və vətəndaşların məsuliyyətli yanaşmasının nəticəsi olaraq, pandemiya ilə bağlı vəziyyət tam nəzarətdə saxlanılır:

“Aldığımız son məlumata görə, yoluxma sayına görə paytaxt rayonları arasında ən yüksək göstərici Xətai rayonunda qeydə alınıb. Ümumi vəziyyət isə nəzarət altındadır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*