backend

Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 20 989 vaksin vurulub.

KONKRET.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 047, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 554, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 16 388 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 11 224 584, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 157 954, ikinci mərhələ üzrə 4 662 012 nəfər təşkil edir.

Ümumilikdə isə 1 404 618 “buster” doza vurulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*