Ölkədən çıxmaq qadağasını 2-5 min dollara həll etmək mümkündürbackend

Ölkədən çıxmaq qadağasını 2-5 min dollara həll etmək mümkündür

Türkmənistan hakimiyyəti tez-tez əhalinin ölkəni tərk etməsinə mane olur. İnsanların vətənlərini tərk etməmələrinə qadağanın səbəbləri müxtəlifdir. İndi 35 yaşadək qadınları, 40 yaşadək kişiləri, orduda xidmət etməmiş gəncləri və xarici universitetlərin tələbələrini ölkədən buraxmırlar. Bu adamların ölkədən gedişinə mütləq qadağa yoxdur, amma Miqrasiya Xidmətinin əməkdaşı onları buraxmaq və ya buraxmamaq haqqında qərar verir.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu belə qeyri-qanuni qadağaları “yandan” keçməyin yolları da mövcuddur.

Əgər adamı bir və ya iki dəfə Türkmənistandan buraxmayıblarsa, məsələni vasitəçinin köməyilə 2000 dollara həll etmək olar. Əgər şəxs bir dəfə deportasiya olunubsa, məbləğ 5000 dollara qədər qalxa bilər.

Bu cür məsələlərlə Miqrasiya Xidmətinin giriş-çıxış məlumatlarının toplanması və təhlili şöbəsinin əməkdaşları məşğul olurlar. Məhz bu şöbədə kimin Türkmənistandan çıxmasına və ya əksinə ölkəyə girişinə qadağa qoyulubsa, onlar haqqında hüquq-mühafizə orqanlarının məlumatları toplanır. Bu şöbədə müəyyən məbləğ müqabilində adını “qara” siyahından çıxara da bilərsiniz.

Əlbəttə, məbləğin miqdarı adamın adının “qara” siyahıya düşməsi səbəbilə birbaşa əlaqədardır – onun özü səbəkardır, yoxsa kiminsə qohumudur. Eyni zamanda, elə bir siyahıda var ki, heç bir məbləğ həmin siyahıdan çıxmağa kömək edə bilməz.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*