“Ölkəmiz getdikcə avtoritarizm quyusuna düşür” – BƏYANATbackend

"Ölkəmiz getdikcə avtoritarizm quyusuna düşür" - BƏYANAT

Ermənistan Respublika Partiyasının (ERP) ali orqanı partiyanın sədr müavini Armen Aşotyanın həbs müddətinin uzadılması ilə bağlı bəyanat yayıb.

KONKRET.az xəbər verir ki, partiya sədrinin müavini Armen Aşotyanın həbs müddətinin uzadılması ilə bağlı yanvarın 8-də keçirilən məhkəmə növbəti dəfə şouya çevrilib: “Hüquqi aktda çirkli pulların yuyulması faktı təsdiqlənməyib. Buna baxmayaraq, Aşotyan ən ağır əməldə ittiham olunur.

Məhkəmə öz qərarı ilə bir daha sübut etdi ki, o, indiki hakimiyyətin qurbanıdır və bu, Ermənistanda artıq kök salmış qeyri-qanuni həbs, repressiya və müxalif fikirlərə görə cəzalandırma praktikasının əyani nümunəsidir.

Rejim əleyhdarlarını siyasi təqib etmək üçün məhkəmə sistemindən istifadə Ermənistan hakimiyyəti üçün gündəlik hadisəyə çevrilib. Hakimiyyətin uğursuz özünü reklam cəhdlərinə baxmayaraq, Ermənistan getdikcə daha çox avtoritarizm quyusuna düşür. Erməni kimliyini və milli maraqlarını müdafiə edən siyasi və ictimai xadimlər hakimiyyət tərəfindən hücuma məruz qalır”, – deyə partiyanın bəyanatında deyilir.

Xatırladaq ki, 2023-cü il iyunun 15-də Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan iki ay müddətinə həbs edilib. Bir gün əvvəl o, Mxitar Heratsi adına İrəvan Dövlət Tibb Universitetində törədilmiş sui-istifadə halları ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb. Aşotyan özü təqsirini boynuna almır və baş verənləri açıq və kinli siyasi təqib hesab edir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*