Ölkəmizdə kilosu 450 manata çay satılır – Videobackend

Ölkəmizdə kilosu 450 manata çay satılır - Video

Lənkəran rayonunun mərkəzi bazarında bir kiloqramı 400-450 manata çay satılır.

KONKRET.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu bazarda yerli istehsal olan çayların satışına geniş yer ayrılıb, müxtəlif keyfiyyətdə və çeşiddə çaylar müştərilərə təklif olunur. Qiymətlər isə fərqlidir.

Satıcılar deyirlər ki, kiloqramı 15, 20, 25 manat civarında olan çaylara tələbat daha yüksəkdir. Bahalı çaylar isə daha çox hədiyyə məqsədilə alınır.

Qeyd edək ki, Lənkəran Azərbaycanın çayçılıq ənənələrinin qorunduğu əsas rayonlardan biridir və burada istehsal olunan çaylar həm yerli, həm də xarici bazarda satışa çıxarılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*