“Ölkəmizin təhlükəsizliyi təhdid altındadır” – Tiqran Abrahamyanbackend

“Ölkəmizin təhlükəsizliyi təhdid altındadır” - Tiqran Abrahamyan

“Enaket” (“Dəstək nöqtəsi”) analitik mərkəzinin təsisçisi və direktoru, Qondarma rejim rəhbərinin təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Tiqran Abrahamyan ölkəsinin məhvə doğru getdiyi haqda fikirlər səsləndirib.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, Abrahamyan yazıb: “Ölkəmizin təhlükəsizliyi təhdid altındadır. Bunun əsas səbəbi isə dövlət institutlarının məhv olması, yaxud buna doğru getməsidir. Bu cür şərtlər altında dövlət orqanları ciddi uğursuzluqla işləyir. Dövlət idarəetmə sistemi yalnız dar çərçivənin maraqlarına xidmət edir. Müxaliflər şübhəsiz ki, cəzalanıblar və cəzalandırılacaqlar. Ancaq mövcud vəziyyət uzun müddət davam edə bilməz. Çünki belə vəziyyətlərdə sistem tez ya gec çökür”.

Tigran Abrahamyanın sözlərinə görə, ölkəyə rəhbərlik edən şəxslər öz əməlləri ilə prosesi sürətləndirirlər: “Onlar yalnız ictimai rəyi dəyişərək əhatə dairəsini genişləndirə bilərlər. Səlahiyyətlilər ayıq başla düşünməlidirlər və atdıqları addımın nə ilə nəticələnə biləcəyini tam dərk etməlidirlər. Yeri gəlmişkən dediklərim təkcə qərar verən rəhbər şəxslərə aid deyil, həmçinin əmrləri yerinə yetirən insanlara də şamil olunur”.

Müşviq Tofiqoğlu

KONKRET.az   

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*