Ölkəyə saxta 10 min dollar gətirənlər saxlanıldı – FOTObackend

Ölkəyə saxta 10 min dollar gətirənlər saxlanıldı - FOTO

Ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, tədbirlər nəticəsində ölkə ərzisinə saxta dollar əskinaslarını gizli yollarla gətirən dəstə müəyyən olunaraq saxlanılıb.

Saxlanılan şəxslərin üzərindən 10000 (on min) saxta ABŞ dolları götürülərək istintaqa təqdim edilib. Həmin dəstənin digər üzvlərinin və əlavə cinayət əməllərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*