Olqa Buzovanın erməni sevgilisi anasının koronavirusdan müalicəsinə 900 min rubl xərclədibackend

Olqa Buzovanın erməni sevgilisi anasının koronavirusdan müalicəsinə 900 min rubl xərclədi

Rusiyanın tanınmış müğənnisi və aktrisası Olqa Buzovanın erməni sevgilisi David Manukyan şəxsən koronavirus pandemiyası ilə qarşılaşıb. Təhlükəli xəstəlik anasında və sonra isə atasında tapılıb.

KONKRET.az xəbər verir ki, bloger valideynlərinin sağlamlığından narahat olduğu üçün bu barədə susmağa üstünlük verib.

“İnstagramda bu barədə danışmadım, çünki reklam istəmirdim. Onlar sağalandan sonra ürəyim yerinə gəldi. Bu günlərdə təbii ki, çox əzablı idi, çünki müalicəsi üçün dərman yox idi”, deyə Manukyan izah edib.

“Anamı xəstəxanaya yerləşdirməyə çalışdıq, amma nəticə vermədi. Nəticədə onu sağaldığı pullu xəstəxanaya qoydular. 10 gündə 900 min rubl (təxminən 21 min 600 AZN) xərclədim. Xoşbəxtlikdən, hər şeyi ödəyə bilirəm. Koronavirus təhlükəsi həqiqətən var” deyə bloger əlavə edib.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*