Ölü öz dəfnində qohumlarını əyləndirdi – VİDEObackend

Ölü öz dəfnində qohumlarını əyləndirdi - VİDEO

İrlandiyanın Kilkenni qraflığında cənazədə qəbirdən səs eşidən matəm iştirakçıları gülməyə başlayıb.

KONKRET.AZ xəbər verir ki, irlandiyalı veteran Şey Bredli uzun sürən xəstəlikdən sonra oktyabrın 8-də vəfat edib.

Cənazə zamanı qəbirdən yüksək səslər eşidilib: “Mən haradayam? Məni burdan çıxarın! Bura qaranlıqdır! Bu nədir? Keşişdir? Mən qutudayam! Orada yox, burada – sizin qarşınızda! Mən ölmüşəm”.

Hər kəs çaş-baş qalıb. Bundan sonra qəbirdən mahnı səsi gəlib:

“Zəng vurdum ki, vidalaşım”.

Cənazənin videosu tezliklə geniş yayılıb. Onu “Facebook”da İrlandiya Silahlı Qüvvələrinin bir qrup veteranının imzası ilə yayımlayıblar:

“Bu yaxınlarda bizdən hərbi və mülki yumorun fərqinin nə olduğunu soruşdular. Cavab sadədir: hərbidə yumor qara rəngdədir. 12 oktyabr Şey Bredlinin cənazəsi”.

Bredlinin qızı açıqlamasında irlandiyalı hərbiçinin mesajı ölümündən əvvəl yazdığını bildirib. Qeyd dinamiklər vasitəsilə səsləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*