“Ölüm hökmü bərpa olunsun!” – Rusiyadan təklifbackend

"Ölüm hökmü bərpa olunsun!" - Rusiyadan təklif

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin ölüm hökmünün bərpa olunması imkanlarını nəzərdən keçirməyi təklif edib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın dövlət KİV-i məlumat yayıb.

Bildirilib ki, Bastrıkin ölüm hökmünə qoyulan moratoriumun ləğvi imkanlarının nəzərdən keçirilməsini təklif edib.

Qeyd edək ki, 1997-ci ildə Rusiya Federasiyasında ölüm hökmü ləğv edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*