Ölüm maşını, gestapo sərtliyi və SS qəddarlığı qarşısında sevginin gücü – Almaniyalı qadınlar öz ərlərini necə xilas etdilər?backend

Ölüm maşını, gestapo sərtliyi və SS qəddarlığı qarşısında sevginin gücü - Almaniyalı qadınlar öz ərlərini necə xilas etdilər?

1943-cü ilin fevralında nasist liderləri nəhayət Üçüncü Reyxin paytaxtını yəhudilərdən təmizləmək qərarına gəldilər. Bəzi yəhudi kişiləri gözlənilmədən nasistlərə müqavimət göstərən “arilər”lə evləndilər. Alman qadınının mətanəti və cəsarəti Hitler Almaniyasında qarşıdurma yaratdı.

KONKRET.az həmin tarixi hadisələrin xronologiyasını təqdim edir.

1943-cü ilə qədər yəhudilərin əksəriyyəti Berlindən qovulmuşdu. 1933-cü ildən 1943-cü ilədək 172 min yəhudi Berlini tərk etmişdi. Müharibənin sonuna qədər onlardan 59 mini qətlə yetirilmişdi. Berlində hələ də müxtəlif səbəblərdən düşərgələrə göndərilməyən 11 minə yaxın yəhudi qalmışdı. Bu “imtiyaz”ı qazanmaq üçün bəzi səbəblər vardı. Bunun üçün qarışıq ailələrdə doğulanlara üstünlük verilirdi. Belə yəhudilərə müvəqqəti Berlində yaşamağa icazə verildi. Onlar altıguşəli ulduz şəklində zolaqlar taxmalı və hər həftə (17 aprel 1945-ci ilə qədər) polislə təmasda olmalıydılar. Əksəriyyət məcburi əməklə, əsasən müharibə sənayesində məşğul olurdu. Zaman-zaman bəzi yəhudilər deportasiyaya məruz qaldı. Yəhudi qadınlar açıq şəkildə “irqi murdarlayanlar”, “xainlər”, “yəhudi fahişələri” adlandırılır və boşanmağa məcbur edilirdilər. Alman həyat yoldaşları və ya dul qadınlar tərəfindən tərk edilmiş yəhudilər dərhal konslagerlərə göndərilirdi.

Wie Hitler Deutschland in den Abgrund führte - [GEO]

27 fevral 1943-cü il şənbə günü Gestapo və SS Berlində bu məsələni həll etməyə başladı. Həftənin günü də təsadüfən seçilməmişdi. Məsələn, 1 aprel 1933-cü il şənbə günü, nasistlərin ilk antisemit hərəkətləri “Yəhudilərdən almayın” şüarı altında – yəhudi dükan və firmalarını boykot etmişdi. Almaniyada bəzi yəhudiləri ölümdən yalnız “ari” ilə evlənmək xilas edə bilmişdi. Bu dəfə 8 min yəhudi əsasən iş yerlərində həbs olundu. Onlardan 2 minə yaxını küçədəki keçmiş yəhudi xeyriyyə cəmiyyətinin binasına yerləşdirilmişdi. Həmin gün məhbusların arvadları və analarının kortəbii nümayişi keçirildi. Onlar mühafizəçiləri qatil adlandıraraq “Ərlərimizi bizə qaytarın!” şüarları səsləndirirdilər. Sadə insanlar baş verənlər barədə dəqiq bilməsələr də, Almaniyada yəhudilərin qətli ilə bağlı şayiələr çoxdan dolaşırdı. Nümayişçilərdən biri Rut Qross-Pisarek etirazla bağlı xatirələrində yazır ki, həmin vaxt onun on bir yaşı olub. O, anası Berta və qardaşı Georqla atasının saxlandığı Rosenstrassə gəlib. Bir neçə yüz qadın havanın soyumasına baxmayaraq, martın 6-na kimi gecə-gündüz binanın qarşısında dayanıb. Etitaz aksiyalarında 1000-ə yaxın insan iştirak edib. Onlar dağılandan sonra Rut reklam lövhələrinin arxasında gizlənib. Qadınlar ətraf küçələrə qaçıblar və tezliklə öz yerlərinə qayıdıblar. Martın 1-dən 2-nə keçən gecə isə Berlin bombalanıb.

The Gestapo & SS - History: KS3

Qadınlar təslim olmadılar. Martın 2-də “qarışıq” ailələrin üzvləri sərbəst buraxıldı. Artıq konslagerlərə göndərilən 35 nəfər də bir neçə həftədən sonra geri qaytarıldı. Rut Gross-Pisarekin atası da evə qayıdıb. Qalan məhbuslar Terezin və Auşvitsə göndərildi. Nümayiş başa çatdı və azad edilənlər evlərinə döndülər.

Nationalsozialismus: Was so viele Frauen an Hitler faszinierte - WELT
Tarixçilər bu mövzuya toxunduqda, rejimin etiraza hansı səbəblərə görə boyun əydiyi və bunun doğru olub-olmaması ilə bağlı mübahisə başladı. Nasistlərin özləri də “imtiyazlar”la bağlı müəyyən etdikləri qaydaların pozulmasını anladılar. Azadlığa buraxılma qərarını kimin və necə verdiyi dəqiq bilinmir. Prosesi birbaşa izləyən Jozef Gebbels hakimiyyət tərəfindən nüfuzunu itirməmək üçün açıq etirazlara təslim olmağın qeyri-mümkünlüyünə inanırdı. Digər tərəfdən, tarixçilərin çoxu bu azadlığı Berlinin mərkəzində nümayişçilərin təzyiqi nəticəsində əldə edildiyi qənaətindədir.

Nasistlər etirazlardan qorxaraq nümayişçilərin tələblərinə təslim oldular.Gebbels başa düşürdü ki, Stalinqrad uğursuzluğundan və Berlinin bombalanmasından sonra etiraz aksiyası genişlənərək ciddi dönüş yarada bilər. Təəccüblüdür ki, Hitler Almaniyada hər şeyin onun nəzarətində olmadığını başa düşdü və demək olar ki, müharibənin sonuna qədər açıq etirazları yumşaltmağa üstünlük verdi. Fürerin fikrincə, Birinci Dünya Müharibəsi məhz arxa cəbhədəki ruhsuzluq və iğtişaşlar səbəbindən uduzulmuşdu.

The Gestapo: Definition and History

Martın 6-da Gebbels gündəliyində yazırdı: “Məhz bu anı SD – Təhlükəsizlik Xidməti yəhudilərin təxliyəsini davam etdirmək üçün əlverişli hesab etdi. Mən SD-yə yəhudilərin evakuasiyasını davam etdirmək tapşırığını verdim. Biz daha bir neçə həftə gözləməyi üstün tutduq.”. Bu qeyd göstərir ki, ictimai əhval-ruhiyyə və etirazlar nasist rəhbərliyini daha ehtiyatlı olmağa sövq edib.

Bu və ya digər şəkildə Rosenstrasse etirazı bəşəriyyətin repressiv dövlət üzərində, sevginin nifrət və qorxu üzərində qələbəsinin ruhlandırıcı nümunəsidir. Alman qadınlarının qorxmazlığı 2000 insanın həyatını xilas etdi. 1995-ci il oktyabrın 18-də (1941-ci ildə baş verən yəhudilərin paytaxtdan deportasiyasının başlanmasının ildönümü) Berlində Rosenstrassedə nümayişə həsr olunan İnqeborq Hunzinger tərəfindən yaradılmış abidənin açılışı oldu. Oradakı yazılarda belə bir ifadə əks olunub: “Sevginin gücü diktaturanın gücünə qalib gəldi”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*