Ölüm riskini 30 faiz azaldan amil – ARAŞDIRMAbackend

Ölüm riskini 30 faiz azaldan amil - ARAŞDIRMA

Sağlamlığına və uzunömürlülüyünə fikir verən insanların əksəriyyəti bunu düzgün qidalanmaqda və idmanla məşğul olmaqda görür.

KONKRET. az xəbər verir ki, yeni araşdırma siyahıya daha bir nüans əlavə edib. Belə ki, ayda bir dəfə teatra gedən insanların ölüm riski 30 faiz azalır.

İngiltərədə London Universitetinin araşdırmasına görə, elm adamları 12 illik təcrübə əsasında 50 yaşdan yuxarı 7 min insan arasında tədqiqat aparmaqla bu qənaətə gəliblər. Araşdırmada bədii fəaliyyətdən zövq almanın zehni və psixoloji sağlamlığı qoruduğu müəyyən edilib.

Bu tədqiqat ayrı-ayrı sosial amillərin insan sağlamlığına təsirini aydınlaşdırmaq baxımından da əhəmiyyətlidir.

Hazırladı: Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*