İspaniyanın Ovyedo Universitetinin Biokimya və Molekulyar Biologiya Departamentindən bir qrup alimin araşdırması hər kəsi heyrətə gətirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, alimlər uzun müddət yaşaya bilən və ömrünü proqnozlaşdırmaq mümkün olmayan meduza növü üzərində araşdırmalara başlayıblar.
Tədqiqat çərçivəsində elm adamları meduzadan alacaqları genləri insanlara tətbiq etmək istəyir.
Alimlər özünü yeniləyən meduzanın genlərindəki sirri açmağa çalışır. Elm adamları meduzanın DNT-sinin xüsusilə insana uyğun hissələri üzərində araşdırma aparır. Alimlər məqsədlərinə çatsalar bəşəriyyət üçün yeni bir dövr başlayacaq.
Qeyd edək ki, bu növ meduzalar, “bioloji olaraq ölümsüz canlılar” kateqoriyasında yer almaqdadır. Bu kateqoriyadakı canlılar, fiziki bir şiddətə məruz qalmadıqları müddətcə əsla ölməzlər və texniki olaraq soylarını sonsuza qədər davam etdirərlər.
İqbal Rzayev,
KONKRET.az