Bir neçə gün öncə bəzi xəstəlik kodları üzrə ömürlük əlillik dərəcəsinin verilməsi ilə bağlı məsələ Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
KONKRET.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama departamentinin rəhbəri Hikmət İbrahimli canlı yayımda “Əlilliyin təyin olunmasında tibb müəssisələrinin rolu” mövzusunda sualları cavablandırarkən deyib.
O bildirib ki, bir neçə gün bundan əvvələ qədər həmin xəstəliklər üzrə əlillik dərəcəsi alan şəxslər 3 və ya 5 ildən bir təkrar müayinədən keçirdilər:
“Lakin artıq Nazirlər Kabinetinin qərarına əsasən, həmin xəstəliklər üzrə ömürlük əlillik təyin ediləcək. İkinci məsələ yaradılan monitorinq qruplarının region və şəhərlərdə həkim məsləhət komissiyalarının fəaliyyətinə nəzarət məqsədilə proseslərdə iştirak etmələridir”.