On bir yaşlı həmyerlimiz beynəlxalq yarışmada QALİB GƏLDİ – FOTO/VİDEObackend

On bir yaşlı həmyerlimiz beynəlxalq yarışmada QALİB GƏLDİ - FOTO/VİDEO

On bir yaşlı həmyerlimiz beynəlxalq yarışmada 3-cü yer tutub.

KONKRET.az xəbər verir ki, hər il Litvanın Yuodkrante şəhərində ənənəvi olaraq “Baltic Voice” adlı beynəlxalq yarış keçirilir. Bu il keçirilən “Baltic Voice 2022” yarışması 10-cu – yubiley yarışması olub.

“Baltic Voice 2022” gənc vokalçıların yarışmasında bu il Azərbaycanı 11 yaşlı Tamilla Həsənova təmsil edib.

Tamilla istedadına güvənərək gözəl çıxış nümayiş etdirib.

On iki nəfərlik münsiflər heyətinin sədri və 4 üzvü ermənilərdən ibarət olub.

Bütün bunlara baxmayaraq, Tamilla yarışmada iştirak etməkdən çəkinməyib. Cəsarətli və istedadlı qızcığaz 5 üzvü erməni olan münsiflər heyətini heyran qoyub, tamaşaçı alqışı qazanıb. Münsiflər üç yüksək pillədən üçüncüsünə Tamillanı layiq görüblər.

Qeyd edək ki, yarışmada 20 ölkədən 7-24 yaş arası 136 gənc vokalçı iştirak edib. Bu yarışma Tamillanın ilk beynəlxalq yarışmasıdır.

Münsiflər heyətində 5 mənfur qonşumuzun olmasına baxmayaraq, Tamilla Həsənova öz yaş qrupunda 3-cü yer tutub və Azərbaycan bayrağını dalğalandırıb.

Məlumat üçün deyək ki, Tamilla Həsənova 6-ci sinif şagirdidir. Eyni zamanda, Müslüm Maqomayev adına 11 illik Musiqi Məktəbində vokal sinifində təhsil alır. Müəllimi Bakı Musiqi Akademiyasının Baş müəllimi, beynəlxalq müsabiqələrin münsifi Dmitriy Babayevdir.

Tamillanın çıxışını təqdim edirik.

 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*