“Onların ən böyük kabusu olacağıq”backend

“Onların ən böyük kabusu olacağıq”

“Razılaşmaya gəlib-gəlməmək qərarı artıq İranın üzərindədir”.

KONKRET.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən kabinet iclasında İranla davam edən danışıqlar və Hörmüz boğazındakı vəziyyət barədə danışarkən deyib.

Tramp bildirib ki, razılaşmanın nəticəsi artıq Tehrandan asılıdır:

“İranın indi nüvə ambisiyalarından birdəfəlik imtina etmək və yeni bir kurs müəyyənləşdirmək şansı var. Görəcəyik ki, onlar bunu etmək istəyirlərmi? Əgər istəmirlərsə, biz onların ən böyük kabusu olacağıq”.

Prezident qeyd edib ki, iranlıların hazırda razılığa gəlmək şansı var və bu qərar yalnız onlardan asılıdır, razılığa gəlsələr, Hörmüz boğazının açılacağını və regionda gərginliyin azaldılacağını vurğulayıb.

Tramp iranlıların danışıqlar masasında “çox uğurlu və ağıllı” olduqlarını qeyd edib. O deyib ki, ABŞ əməliyyatları nəticəsində İran ordusunun böyük hissəsi zərərsizləşdirilib və Tehranın razılaşmaya məcbur olması qaçılmazdır.

Prezident həmçinin ABŞ-nin keçmiş Prezidenti Barak Obama və NATO üzvlərinə də sərt reaksiyalar verib. Tramp deyib ki, NATO və xüsusən Böyük Britaniya İran məsələsində ABŞ-ni dəstəkləməyib, Obama isə İsraildən çox İranı üstün tutub.

ABŞ Prezidenti vurğulayıb ki, razılaşmanın nəticəsi yalnız iranlıların iradəsinə bağlıdır və ABŞ bu müddət ərzində öz mövqeyini qoruyacaq.\\“Qafqazinfo”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*