Onların ilk SÖZÜNƏ inanmayın – Bürclərin YALAN REYTİNQİbackend

Onların ilk SÖZÜNƏ inanmayın - Bürclərin YALAN REYTİNQİ

Hər birimiz yalan danışan insanlarla rastlaşmışıq. Belə deyək, yalanla üzləşmişik, aldanmışıq.

Niyə?

Hamını özümüz kimi bilirik?

Yoxsa onlar yalansız bacarmır?

KONKRET.az bu mövzuda astroloqların rəyini araşdırıb, çünki onlar yalançılığı bürclərlə əlaqələndirir. Müşahidələr və təcrübələr isə ən çox yalan danışan 4 bürcü müəyyənləşdirib:

4. Əkizlər

Reytinqin 4-cü yerindədirlər. Əkizlər ətrafdakılara yalan danışır. Ən çox isə yaxınlarını aldadırlar. Doğma insanı heç nə olmayıbmış kimi çox rahat aldadırlar və burada qəbahət görmürlər. Kimisə inandıra biləndə isə yaranmış vəziyyət onlara zövq verir.

3. Balıqlar

Tez-tez yalan danışırlar. Bunu yalandan çox xəyalən göylərdə uçmaq kimi də qələmə vermək olar. Goplarının çoxuna özləri inanır. Onların yalanından inciməyə dəyməz. Çünki bu daha çox yalan yox, uydurmadır və belə qoşmalarla şablon həyata rəng qatmaq istəyirlər.

2. Əqrəb

Sürüşkən və hiyləgərdirlər. Özlərinə qapanıq, daxili dünyalarında yaşadıqları üçün kimə gəldi yalan danışırlar. Təbəssümünün arxasında hansı düşüncələrin gizləndiyini kimsə bilmir. Qəlbən qayğılı da ola bilərlər. Amma bəzən Əqrəblər yalan danışmır, sadəcə, başladığı cümləni tamamlamır.

1. Xərçəng

Heç vaxt heç kimə güvənmirlər. Sirrini ən yaxın insana danışa bilər, vəssalam. Doğmalarını çox sevirlər və hansısa acı həqiqətlə qəlblərinə dəymək istəmirlər. Buna görə də yalan danışmağa başlayırlar. Həmçinin, Xərçənglər özlərini rahat hiss etdikləri yeri tərk etmək qorxusu ilə də yalan danışırlar.

Sonda qeyd edək ki, bürclərin bu xüsusiyyəti illərə görə dəyişir. Yüksələn bürc faktoru da önəmlidir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*