“Kyox” ləqəbi ilə tanınan Karen Cavadyanın təslim olmamaq və əsgərləri ilə sona qədər döyüşmək qərarı dünən erməni nəşrlərinin manşetinə çevrilmişdi.
KONKRET.az xəbər verir ki, bu xəbərlərin doğru olub-olmadığını öyrənmək üçün erməni jurnalist onunla əlaqə saxlayıb.
Karen Cavadyan isə cavabında deyib ki, “Get Nikola de ki, get Qarabağı qorusun, necə satıbsa, elə də qorusun. Onsuz da erməni xalqına nə Qarabağ lazımdır, nə də biz”.
Jurnalistin “Bəs siz niyə belə düşünürsünüz, indi insanlar İrəvanda küçələrə çıxıblar, bacardıqlarını edirlər, erməni xalqı axı biganə qalmayıb?!”.
Cavadyanın cavabı isə qəzəbli olub: “Bütün Ermənistan əl-qolunu qarabağlılardan üzüb”.
Media yazır ki, o, jurnalistlə qısa söhbətdən sonra telefonu söndürüb.
Natiq Səlim,
KONKRET.az