“Onu aradan götürmək çoxlarına lazım ola bilərdi” – Trampın sifarişini kim verib?backend

“Onu aradan götürmək çoxlarına lazım ola bilərdi” - Trampın sifarişini kim verib?

Şənbə günü Donald Tramp Pensilvaniyada ictimaiyyət qarşısında çıxış edərkən sui-qəsdə məruz qalıb. O, təsadüf nəticəsində sağ qalsa da, hadisə bütün dünyanı silkələyib.

Doğrudur, bu, ABŞ-də ilk sui-qəsd faktı deyil. Bu vaxtadək ABŞ-nin 4 prezidenti sui-qəsdin qurbanı olub. Abraham Linkoln 1865-ci, Ceyms Qarfild 1881-ci, Villiam MakKinley 1901-ci, Con Kennedi isə 1963-cü ildə sui-qəsd nəticəsində öldürülüblər. Ronald Reyqan sui-qəsdə məruz qalsa da, sağ qalıb. Prezidentliyə namizədlər arasında Teodor Ruzvelt də sui-qəsdə məruz qalıb. Robert Kennedi isə sui-qəsdlə öldürülüb. Corc Uolles isə anoloji hadisə nəticəsində iflic olub.

Bununla belə, keşmiş prezident, yeni prezidentliyə namizəd olan Trampın sui-qəsdə məruz qalması çoxlu suallar doğurur. Bu qəsdi kimlər təşkil etmişdi? Trampın fiziki məhvi kimlər üçün maraqlıdır? Bu insident ABŞ-dəki seçkilərin taleyinə necə təsir gösətərəcək?

Mövzuyla bağlı KONKRET.az-ın suallarını tanınmış konfliktoloq Üzeyir Şəfiyev cavablandırıb:

“ABŞ tarixində bu seçkiyədək belə zəif, ümidsiz namizədlər olmayıb. Halbuki, hazırkı qlobal düzən, geosiyasi mənzərə, ABŞ-nin dövlət olaraq ambisiyaları bu iki namizədə adekvat deyil. Sui-qəsd cəhdi Trampa qismən üstünlük qazandırsa da, hesab edirəm ki, ABŞ siyasi səhnəsinə üçüncü siyasi qüvvə çıxacaq. Bayden hakimiyyətə səhəti üzündən yaramır,Tramp uğurlu namizəd deyil. Çünki onu rusofil bir namizəd, Putinə haqq tanıyan bir fiqur kimi qəbul edirlər. Eyni zamanda, NATO dövlətləri Trampın hələ ötən prezidentliyi dövründə bloka yönəlik çıxışlarını unutmur və onun namizədliyini müdafiə etmirlər. Digər qlobal və transmilli güclər də Trampın gəlişində maraqlı deyil. Onu aradan götürmək çoxlarına lazım ola bilərdi”.

Müsahibimiz hesab edir ki, bu və digər səbəblərə görə ABŞ-nin ambisiyalı namizədə ehtiyacı var:

“Buna zaman çatacaqmı?! Bu çox ciddi sual olaraq qalır. ABŞ-ni hər nə qədər dərin dövlət idarə etsə və bu dövlətin siyasi sistemi, alt institutlar funksional olsa da, ABŞ-nin rasional, xarizmatik, çevik, pasionar prezidentə ehtiyacı var. ABŞ seçicisi bunu bacarsa, bu, dövlət ambisiyasına uyğun qlobal mövqedə yer alacaq, əks təqdirdə dünyada Çin, Rusiya timsalında rəqabətədavamlı güclər boy göstərəcək. ABŞ düzgün seçim etməsə, Avropa alyansında da parçalanma eskalasiya edəcək, mərkəzdənqaçma meyilləri artacaq. ABŞ seçicisinin üçüncü siyasi qüvəni siyasi vitrinə çıxara bilməyəcəyi, Trampın seçiləcəyi variantda isə Avropa və ABŞ-də siyasi dinclik olmayacaq”.

Natiq Səlim

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*