“Onu Putin öldürüb, cavab verəcək” – Dünya liderlərindən Navalnının ölümünə sərt REAKSİYAbackend

“Onu Putin öldürüb, cavab verəcək” – Dünya liderlərindən Navalnının ölümünə sərt REAKSİYA

Rusiyalı müxalifətçi Aleksey Navalnının ölümü dünyada geniş əks-səda doğurub.

KONKRET.az xəbər verir ki, Latviya Prezidenti Edqar Rinkeviç mərhumun ailəsinə və dostlarına başsağlığı verib.

“Bir siyasətçi kimi Aleksey Navalnı haqqında nə düşünürsünüz, düşünün, fakt budur ki, o, Kreml tərəfindən vəhşicəsinə qətlə yetirilib. Bu, faktdır və indiki Rusiya rejiminin əsl mahiyyəti haqqında bilməli olduğunuz həqiqətdir”.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Navalnının ölümü ilə bağlı bütün faktlar müəyyən edilməlidir. “Rusiya ciddi suallara cavab verməlidir”.

“Bellingcat”ın araşdırmaçısı Hristo Grozev deyib: “Navalnı, nəhayət, bu gün Putin tərəfindən öldürüldü”.

Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, rusların həyatı Putin üçün üçün heç nədir. “Ukraynanı danışıqlara çağıran hər kəs başa düşməlidir ki, ona etibar etmək olmaz. Onun anladığı yeganə dil gücdür”.

XATİRƏ SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*