“Onunla bir ömür yaşayaram, amma evlənmərəm”backend

“Onunla bir ömür yaşayaram, amma evlənmərəm”

Aparıcı Şəhriyar Əbilov şəxsi həyatından danışıb.

KONKERT.az Axşam.az-a istinadla xəbər verir ki, “Full şou” verilişində qonaq olan Şəhriyar bir daha evlənməyəcəyini bildirib:

“Bundan sonra evlənməyi düşünmürəm. Amma həyatdır, ola bilər ki, kiminləsə münasibətim olsun. İndi heç kim yoxdur. Amma olsaydı, maraqlı olardı. Hazırda kriteriyalarım da yoxdur, bunu eləmərəm sözünü artıq tərgitmişəm. Eləmərəm dediklərim həmişə başıma gəlib. Ona görə də o sözü heç vaxt demirəm. Amma bir şeyi bilirəm ki, həyatımda maraqlı insanlar indi çoxdur. Haçansa o maraqlı insan gələrsə, onunla bir ömür yaşayaram. Amma evlənmərəm, belə şeylər lazım deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*