Oqtay Əsədov ortaya çıxdı – FOTObackend

Oqtay Əsədov ortaya çıxdı - FOTO

Uzun müddətdir ictimaiyyət önünə çıxmayan Milli Məclisin sabiq sədri Oqtay Əsədov bu gün ortaya çıxıb.

KONKRET.az xəbər verir ki, modern.az-ın məlumatına görə, sabiq spiker fevralın 18-də Milli Olimpiya Komitəsinin (MOK) lX Hesabat-seçki konfransında iştirak edib.

Qeyd edək ki, hesabat-seçki Baş Məclisində Azərbaycan Prezidenti İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilib.

MOK-un İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının üzvləri də məlum olub.

Səs verənlər arasında Oqtay Əsədov də görünüb. Qeyd edək ki, Əsədov Azərbaycan Tennis Federasiyasının prezidentidir.

O, 1995-ci ildə yaradılan bu federasiyaya 2004-cü ildən rəhbərlik edir. Sonuncu dəfə 31 avqust 2022-ci ildə keçirilən qurultayda Oqtay Əsədov növbəti 4 il müddətinə Azərbaycan Tennis Federasiyasnın prezidenti seçilib.

Qeyd edək ki, Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək (təxminən 15 il) Milli Məclisin sədri vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*