Dövlət Agentliyindən Oqtay Gülalıyevin səhhəti ilə bağlı AÇIQLAMA – YENİLƏNİBbackend

Dövlət Agentliyindən Oqtay Gülalıyevin səhhəti ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Bu gün hüquq müdafiəçisi Oqtay Gülalıyev müayinə və müalicəsinin davam etdirilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən EGE Hospitalına köçürülmüşdür.

Agentlikdən KONKRET.az-a verilən məlumata görə, hazırda həmin tibb müəssisəsində xəstənin instrumental və laborator müayinələri aparılır. Reanimasiya bölməsinə yerləşdirilən xəstənin vəziyyəti həkimlər tərəfindən stabil ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, O.Gülalyevin qarın boşluğunda olan qastrostomik boru çıxdıqdan sonra o M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət etmişdir. Müayinə və müalicədən sonra evə yazılan xəstənin halı sonradan pisləşmiş və təkrar olaraq Mərkəzə müraciət etmişdir.

O.Gülalıyevin müayinə və müalicə xərcləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qarşılanır.

***

 15:03

İki il öncə avtomobil qəzasına düşərək, ağır xəsarət alan hüquq müdafiəçisi Oktay Gülalıyev müalicə aldığı xəstəxanadan başqa tibb müəssisəsinə köçürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə onun oğlu Təbriz Gülalıyev məlumat paylaşıb.

O bildirib ki, atası təcili yardım maşını ilə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasına köçürülüb.

Xatırladaq ki, 2019-cu il oktyabrın 29-da paytaxtın Nəsimi rayonu ərazisində – 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, Oqtay Gülalıyev vurulub.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, həmin ilin noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*