Orban Rusiyaya qoyulan sanksiyaları yumşaltmağa çalışırbackend

Orban Rusiyaya qoyulan sanksiyaları yumşaltmağa çalışır

Avropa İttifaqı Macarıstanın Rusiyaya qarşı sanksiyaların uzadılması ilə bağlı mümkün vetosunu aradan qaldırmaq üçün müxtəlif tədbirlər üzərində işləyir.

KONKRET.az “Financial Times”-ə istinadən xəbər verir ki, dekabrın əvvəlində Macarıstanın baş naziri Viktor Orban Aİ liderlərinə məhdudiyyətlərin uzadılmasına veto qoyacağını vəd etmişdi. Beləliklə, sanksiyalar rejimi yanvarın 31-də başa çatacaq. Macarıstan nümayəndəsi  Donald Trampın yanvarın 20-nə planlaşdırılan inauqurasiya mərasimini gözləyir: Amerika lideri sanksiyaları yumşaldsa, Orban da Aİ daxilində eyni şeyi etmək niyyətindədir.  Sanksiyalar uzadılmasa, Aİ “Euroclear” beynəlxalq depozitarında saxlanılan dondurulmuş Rusiyanın 190 milyard dollarlıq aktivlərini saxlaya bilməyəcək. Ticarətə qoyulan məhdudiyyətlər, eləcə də bir sıra digər qadağalar da aradan qaldırılır.

Avropada vetodan yan keçmə variantlarından biri də İkinci Dünya Müharibəsindən qalma Belçika fərmanı olan 81 illik qanundur. Bu, Belçika kralı Filipə dondurulmuş aktivlərin transferini əngəlləməyə imkan verəcək. Bununla belə, ölkə rəhbərliyi bu cür fövqəladə səlahiyyətlərdən istifadənin əleyhinədir. Çünki bu addım Belçika ilə Rusiya arasında investisiyalar üzrə ikitərəfli sazişə zərər verəcək. Orban Rusiyaya qarşı sanksiyalara mümkün qədər tez və mümkün qədər yenidən baxmağa çağırıb. Onun fikrincə,  vəziyyəti təhlil etmək lazımdır. Budapeşt Ukraynadakı münaqişənin sona çatması ilə Avropa iqtisadiyyatını məhv edən anti-Rusiya sanksiyalarının qaldırılacağını gözləyir. Orbanın sözlərinə görə, Macarıstanın Avropa İttifaqında Rusiyaya qarşı sanksiyalara yenidən baxılması ilə bağlı mövqeyini bir neçə ölkə bölüşür, lakin qalanları hələ buna hazır deyil.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*