Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına üzvlüyünün ciddi nəticələrə yol aça biləcəyini deyib.
KONKRET.az xəbər verir ki, onun fikrincə, bu addım birbaşa olaraq Aİ-ni Rusiya ilə toqquşma riski ilə üz-üzə qoyacaq.
“Bu gün Ukraynanın taleyi ondan ibarətdir ki, o, Rusiya Federasiyası ilə həmsərhəd olan bufer dövlətdir. Bu, kimlər üçünsə narahat və xoşagəlməz ola bilər, bəziləri bu vəziyyətdən qurtulmaq istəyir. Amma reallıq ondan ibarətdir ki, heç bir ölkə öz coğrafi ünvanını dəyişə bilməz,” – deyə Orban vurğulayıb.
Macarıstan lideri Aİ-ni ehtiyatlı olmağa çağıraraq bildirib ki, Ukraynanın inteqrasiyası bölgədə balansı poza və ciddi təhlükələrə yol aça bilər.
Natiq Səlim,
KONKRET.az