Orban yenə Kreml ssenarisini səsləndirdibackend

Orban yenə Kreml ssenarisini səsləndirdi

Macarıstanın Baş naziri Viktor Orban növbəti dəfə Rusiya-Ukrayna müharibəsinə dair Kreml yönümlü açıqlama ilə çıxış edib.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə Ukraynanın Rusiyanı məğlub edəcəyi və bu ölkədə qeyri-sabitliyə səbəb olacağı fikri əvvəldən axmaq bir fantaziya idi.

Orbanın bu bəyanatı Qərbdə ciddi tənqidə səbəb olub və onun Moskvanın maraqlarına uyğun danışması kimi dəyərləndirilir.

Xatırladaq ki, Macarıstan hökuməti Rusiya ilə yaxın iqtisadi və enerji əlaqələrini qoruyub saxlayır və bu, Avropa İttifaqı daxilində gərginlik yaradan əsas məsələlərdən biridir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*