Orbandan gözlənilməz Rusiya AÇIQLAMASI: “Biz daha güclüyük”backend

Orbandan gözlənilməz Rusiya AÇIQLAMASI: "Biz daha güclüyük"

“Rusiyanın NATO-ya real təhlükə törədəcək qədər güclü olduğunu düşünmürəm. Biz daha güclüyük”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Macarıstanın Baş naziri Viktor Orban NATO Liderlər Sammiti çərçivəsində jurnalistlərə verdiyi açıqlamada səsləndirib.

Onun sözlərinə görə, Rusiya hazırda Ukrayna ilə müharibədə ciddi resurslar sərf edir və bu vəziyyətdə NATO ilə qarşıdurma gücündə deyil. Baş nazir əlavə edib ki, Alyansın kollektiv gücü Moskvanın imkanlarını üstələyir.

Qeyd edək ki, Viktor Orban Rusiyaya qarşı daha yumşaq mövqeyi və NATO daxilindəki bəzi fərqli yanaşmaları ilə tanınır. Bu bəyanat da alyans daxilində Rusiya siyasətinə dair müzakirələri yenidən gündəmə gətirib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*