Ordubadda dəm qazından kütləvi zəhərlənmə: ölən varbackend

Ordubadda dəm qazından kütləvi zəhərlənmə: ölən var

Ordubadda dəm qazından kütləvi zəhərlənmə olub.

KONKRET.az Report-a istinadla xəbər verir ki, hadisə rayonunun Ağrı kəndində qeydə alınıb.

Belə ki, dəm qazının sızması nəticəsində 1935-ci il təvəllüdlü Salman Əli oğlu Bağırov, həyat yoldaşı 1943-cü il təvəllüdlü Mənzər Qasım qızı Bədəlova, gəlinləri 1961-ci il təvəllüdlü Qızbəsti Əliqulu qızı Zeynalova və qohumları 1955-ci il təvəllüdlü Rəmziyyə Əvəz qızı Fətəliyeva zəhərləniblər.

Onlar Naxçıvan Muxtar Respublikası Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Həkimlərin müdaxiləsinə baxmayaraq, S.Bağırovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*