Ordumuzda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir – VİDEObackend

Ordumuzda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir - VİDEO

2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müxtəlif mərhələlərdən ibarət yarışda hərbi qulluqçular “Rahat olmayan vəziyyətdən atış”, “Snayper müdafiədə”, “Snayper hücumda”, “Snayper estafeti” və digər mövzular üzrə çalışmalarda öz bacarıqlarını nümayiş etdirirlər.

Yarışın keçirilməsində əsas məqsəd hərbi qulluqçuların hazırlıq səviyyəsinin yoxlanılması, Azərbaycan Ordusunda “Ən yaxşı snayper”in müəyyən olunmasıdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*